İçilməmiş şərab – 1


Hər şey bir göz qırpımında baş vermişdi. Əslində hadisənin bu cür olacağını gözləmirdim, sadəcə, təəssüfki istəmədən əlimdən xəta çıxdı. Fikrim yalnız onu qorxutmaq idi.
Birdən onun yerdə uzanaraq xırıldamağını görmüş oldum. Boğazından sinəsinə şırıltı ilə axan qanı görəndə elə bildim ki, yuxu görürəm.

Həyəcandan dizlərim və qollarım əsməyə başlamışdı. Bıçağı əlimdən harada və necə saldığımı xatırlamıram. Nə edəcəyimi, hara gedəcəyimi heç düşünə bilmirdim.
Birtəhər özümü toplayıb Ümrənin əlindən tutaraq oradan uzaqlaşmağa can atdım.
Ümrə ilə bir-birimizi uşaq vaxtlarından sevirdik. Uşaq evində böyümüşdük onunla və həmçinin eyni ərəfədə də oradan buraxılmışdıq.
İlk vaxtlar çox çətin idi, gecələr dəmiryol vağzalının gözləmə zalında gecələməyə məcbur olurduq.

Həmin vaxtlar bir dönər evində kuryer kimi çalışırdım. Ümrə isə həmin dönər evində ofisiant kimi işləyirdi. Demək olar ki, qazancımız ancaq qarnımızı doydurmağa bəs edirdi.
Amma yenə də ümidimizi itirməmişdik. Böyük arzularımız var idi. Məsciddə kəbin kəsdirsək də rəsmi nigahımız yox idi. İşləyib, pul yığıb ev almağı, xoşbəxt ailə qurmağı arzu edirdik.
Sonra mən tikintidə fəhlə kimi çalışmağa başlamış oldum. Bir il idi ki, tikintidə işləyirdim. Gündüz fəhləlik, gecə isə elə orada gözətçilik edirdim.

Ümrə də axşam işdən çıxanda yanıma gəlirdi. Gecəni, gözətçi üçün nəzərdə tutulan otaqda birlikdə keçirirdik. Düzdür, çox çətin idi, amma eyni zamanda da xoşbəxtlik aurasında idik.
Bu bizim həyatımız, bu çətinlikləri birgə çiyin-çiyinə keçmək bizə zövq və güc verirdi.Gələn həftə artıq rəsmi nigaha girməyi planlaşdırmışdıq.
Amma… Amma həyat bizi daha bir imtahanla sınağa çəkməyə qərara aldı. Axı niyə? Səbəb nədir?

Tikintidə işlədiyim müddət bir az pul yığa bilmişdik. Hadisədən sonra bir müddət gizlənməyi qərara aldıq. Şəhər kənarında birotaqlı ev kirayə götürdük. Bacardığımız qədər evdən çölə çıxmamağa çalışırdıq.

Səbəbi isə çox bəsit idi. Amma nə qədər davam gətirə biləcəyimizi təsəvvür edə bilmirdik. Çünki biz artq polis tərəfindən axtarışa verilmişdik. Gec və ya tez tutulacağımızı bilirdik.
Bütün arzularımız, xəyallarımız alt-üst olmuşdu, amma yollarımızın bu cür ayrılacağı ilə heç cür barışa bilmirdik. Onda bir-birimizə söz vermişdik- Bizi ancaq ölüm ayıra biləcək.
Otağa sükut çökmüşdür. Son vaxtlar az danışırdıq. Ümrənin başını qucaqlayıb saçlarını sığallayırdım. Xəyallarım məni uzaqlara aparmışdı.
Birdən qapının möhkəm döyülməsinə ikimiz də dik atılmış olduq. Həyəcanlandığımızı hiss etdik açıq şəkildə
Çöldən polisin səsi gəldi: “Açın qapını, əks halda qapını sındıracağıq”

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *