İçilməmiş şərab – 3

Telefonun işığını yandırıb həyacanlı şəkildə zirzəmiyə daxil oldum. Lakin zirzəmi boş idi. Ümidlərim puç olmuşdu. Dizlərim üstə yerə çökdüm, 1-2 dəqiqə sakit boşluğa baxdım. Sanki dilim tutulmuşdu.

Nəfəsim gəlmirdi, bu zirzəmi mənə bizim çətin, eyni anda xoşbəxt günümüzü xatırlatdığı üçün çox doğma idi. Amma bu yerə bu qədər nifrət edə biləcəyimə inanmazdım. Son dəfə bu zirzəmidən çıxanda
necə qoymuşduqsa, eləcə də qalmışdı. Heç nə yerindən tərpənməmişdi. O gündən bu günə bu zirzəmiyə heç kəsin girmədiyi açıq-aydın bəlli idi. Ümrə bura gəlməmişdi.

Hönkürtü ilə ağlamağa başladım. Axı Ümrə bura niyə gələ bilməyib? Olmaya onu yolda tutublar? Bəlkə o da haradasa polislərdən gizlənib? Bilmirəm. Beynimdə suallar məni rahat buraxmır.

Saat artıq 6 idi, hava get-gedə açılmağa doğru gedirdi. Hava açıldıqda çölə çıxa bilməyəcəyimi bilirdim. Ən yaxşısı Ümrəni elə burada gözləməyim idi. Çox yorğun idim eyni zamanda artıq 1 sutkaya yaxın idi ki, nə yemək yeyirdim, nə də ki, su içirdim. Ətrafa sükut çökmüşdü, ağlamaqdan boğazım və başım möhkəm ağrımağa başlamışdı. Zirzəmidə bir küncdə büzüşüb yuxuladım.

Çox qəribə bir yuxu gördüm. Ümrə ağ paltarda sakitcə mənə baxırdı. O, sanki yerimədən məndən uzaqlaşırdı. Mən isə əllərim qana bulaşmış halda dizi üstə yerdə oturmuşdum, qanlı əllərim ilə şərab şüşəsi tutmuşdum. Ayağa qalxmaq istədim, lakin yıxıldım əlimdəki şərab şüşəsi yerə düşərək sındı. Ümrə isə ağlayaraq geri dönüb qaçaraq qaranlıqda qeyb oldu. Arxasınca “Ümrə” deyərək qışqırdım və soyuq tər içində yuxudan oyandım. Gözlərim dolmuşdu, yumuruqlarımı möhkəm sıxmışdım qollarım və dizlərim tir-tir əsirdi. Birtəhər güc toplayaraq uzandığım yerdən qalxıb oturdum, dizlərimi qucaqlayaraq fikrə getdim. Aclıq və susuzluq məni tamam taqətdən salmışdı.Get-gedə axşam düşürdü. Su və yeməyi haradan tapacağımı bilmirdim. Bir onu bilirdim ki, kimdənsə yemək və ya su istəməyim təhlükəlidir, birdən kimsə məni tanıyar və polisə xəbər verər.

Telefonun enerjisi 1 faiz olduğu üçün gecədən söndürmüşdüm.
Artıq hava çoxdan qaralmışdı, amma saatın neçə olduğundan hələ xəbərim yox idi.
Telefonu yandırdım saata baxdım. Saat 23:35-i göstərirdi. Birdən sizə zəng etmiş nömrə adı altında mesaj gəldi. İlahi gözlərimə inanmıram telefon sönülü olanda Ümrənin nömrəsindən zəng gəlmişdi. Əllərim əsə-əsə, həyəcanlı şəkildə Ümrəyə zəng etdim. Ümrəyə zəng çatdığı an sanki ürəyimdə bir sevinc partlayışı oldu, yerimdə dayana bilmirdim.

— Ümrə telefonu götür, götür, nə olar götür.

Xışıltılı bir qadın səs gəldi, heç nə başa düşmədim elə həmin anda telefonun enerjisi bitdiyindən telefon söndü.
Dəli kimi qışqırmağa başladım. Zirzəmidə özümə yer tapa bilmirdim. Düşünürdüm ki, gözləmək olmaz tez bir zamanda telefon tapmalı idim.
Zirzəmidən çıxdım ətraf həyət evləri ilə dolu idi, qatar stansiyasından xeyli aralaşdım və həyət evlərinin birinə girməyi qərara aldım.
Məhəllənin arxa tərəfindən hasardən həyətə baxdım. Heç kəs olmadığına əmin olan kimi həyətə hoppandım.

Evdə işıq yanmırdı, hər halda hamı yatmış olar deyə düşündüm. Bir az ətrafa göz gəzdirdikdən sonra evə tərəf yaxınlaşdım, evin ön hissəsi mətbəx idi, lakin pəncərə və qapısı yox idi. Mətbəxdə elektrik yuvasına salınmış enerji aparatını gördüm, cəld mətbəxə daxil oldum, telefonu enerji aparatına qoşdum. Telefon enerji yığana kimi mətbəxdə yemək üçün bir şeylər axtarmağa başladım. Çox sakit və ehtiyatlı davranırdım. Birdən arxadan astaca addımlarla gələn bir səs eşitdim. Qorxumdan donub qalmışdım arxaya baxmağa qorxurdum. Sakitcə geri dönmək istədim.

Bu an başımın arxasından möhkəm zərbə dəydi. Kürəyimdən isti qan axdığını hiss elədim.
Gözlərim qaraldı, ağzı üstə yerə yıxıldım. Heç nə görmürdüm, lakin

“Rafiq tez polisə zəng elə” qışqırığını eşitdim.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *