İçilməmiş şərab — 4

Televizorda gedən xəbərlərin səsinə oyandım.

(Dünən axşam radələrində Komsomolskiy dairəsi yaxınlığında vaz 2107 markalı avtomobil idarəetməni itirərək yol kənarındakı qadını vurmuşdur. Qadının heç bir sənədi olmadığından onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Qadın hal-hazırda Sabunçu xəstəxanasının reanimasiya şöbəsində komadadır. Şəkildə gördüyünüz qadını tanıyan varsa, aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamağını xahiş edirik.Xatırladaq ki, hadisə zamanı qadının əynində qırmızı gödəkçə və qara rəngdə cins şalvar olub. Saçları qara, gözləri isə şabalıdıdır.)

Televizorda deyilən əlamətlər Ümrənin əlamətləri ilə üst-üstə düşürdü. Gözlərimi açdım, lakin televizordakı şəkli görə bilmədim. Əllərim və bədənim bağlı idi. Sanki təhlükəli terrorist tutublarmış kimi məni stula möhkəmcə bağlamışdılar.Oyandığımı görən bir polis kapitanı mənə yaxınlaşdı.

(Ə gədə, adam öldürməyin azmış kimi hələ bir oğurluq eşqinə də düşmüsən, ə, küçük. Hələ polisdən qaçmağını demirəm. Serjant bunu basın maşına, aparın şöbəyə mən də ərizəni yazdırıb gəlirəm)

Qəribə bir hiss keçirirdim. Artıq qorxu hissi qəzəb və intiqam hissinə çevrilmişdi. Ürəyim paramparça olmuşdu. Televizorda elanı eşitdikdən sonra Ümrənin niyə zirzəmiyə gəlməməsini başa düşdüm. İndi Ümrənin mənə çox ehtiyacı var idi.Amma mən əli-qolu bağlı polis şöbəsinə gedirdim. Sevdiyin insanın ölüm ayağında olduğunu bilib, lakin heç cür ona kömək edə bilməmək, əli- qolu bağlı kənardan izləmək kimi böyük əzab yox imiş dünyada. Bir tərəfdən də aclıq, yorğunluq, yuxusuzluq və polislərin aqressiv davranışı məni tamamilə ümidsiz hala salmışdı. Ağlamaqdan başqa əlimdən heç nə gəlmirdi. Çox qərarsız idim, bilmirdim Ümrəyə necə kömək edim. Ümrəni tanıdığımı da polislərə deyə bilmirdim.Onsuzda Ümrə mənə görə kifayət qədər əzab çəkib, özümlə onu türmə həyatına sürükləyə bilmərəm. Amma bir tərəfdən də onun mənə ehtiyacı olduğu anda hərəkətsiz qala bilmirdim. Bu işlərinin sonunun necə qutaracağı artıq mənə maraqlı deyildi, fikrimdə təkcə Ümrə idi,hətta ilk imkanımda yeni cinayət edəsi olsam belə polislərdən qaçmaq fikrim var idi.Artıq polis bölməsinə çatmışdıq. Əllərimi açıb məni barmaqlıqları olan qaranlıq otağa saldılar. Otaqda məndən başqa iki nəfər var idi. Bir nəfər oturacaqda uzanmışdı, digəri isə yerdə oturmuşdu. Mən də yerdə oturub dizlərimi qucaqlayaraq belimi divara söykədim.Otaq çox soyuq idi. Dizlərimi qucaqlayaraq özümü isitməyə çalışırdım. Artıq bir saat idi ki, sakitcə oturub gözümü bir yerə dikərək Ümrəni düşünürdüm. Birdən nəzarətçinin səsini eşitdim.

(Ayə, yeni gələn əllərini arxaya apar üzünü də divara çevir)

Güclə ayağa durdum və üzümü divara çevirdim. Nəzarətçi qapını açıb içəri keçdi və əllərimi bağladı.

– Mənə diqqətlə qulaq as, sənin yanına gələn var. İndi səni onunla görüşdürəcəyəm. Özünü ağıllı apar. Bilmirəm, sən kimsən, amma sənin yanına gələn adamı səninlə görüşdürməyi xüsusi tapşırıblar.

Uşaq evində böyüdüyüm üçün mənə Ümrədən yaxın başqa heç kim yox idi.Ona görə çox təəccüblənmişdim, axı yanıma gələn, məni görmək istəyən kimdir?

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *